loading...

Proqnozlar Bürosu: Ölkədə qeyri-sabit hava şəraiti yanvarın 11-i gündüz saatlarınadək davam edəcək

10-01-2018 Baxış sayı :355
Proqnozlar Bürosu: Ölkədə qeyri-sabit hava şəraiti yanvarın 11-i gündüz saatlarınadək davam edəcəkAzərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında bildirib ki, hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 11-i gündüz saatlarınadək davam edəcək: "Əvvəlcədən xəbər verildiyi kimi, yanvar ayının 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Güclü şimal-qərb küləyi əsib. Bəzi yerlərdə yağış, sulu qar, qar yağıb. Gecə yağan qar nəticəsində bəzi yerlərdə qar örtüyü əmələ gəlib".

Direktorun sözlərinə görə, belə hava şəraiti bu gün də davam edəcək: "Yanvarın 11-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir".


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]