loading...

Fədayə Laçının apelyasiya vaxtı bəlli olub

20-12-2017 Baxış sayı :87
Fədayə Laçının apelyasiya vaxtı bəlli olubFədayə Laçının Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılacaq vaxt məlum olub.

Xeberci.org Trend-ə istinadən məlumat verir. F.Laçının vəkili Türkel Süleymanlı bildirib ki, apelyasiya şikayətinə dekabrın 21-də baxılacaq. Məhkəmə prosesinə hakim Rizvan Səfərov sədrlik edəcək.

Xanım müğənninin özünün də prosesdə iştirakı gözlənilir.

Qeyd edək ki, oktyabrın 23-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.  Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməyib. Qərardan narazı qalan F.Laçın apelyasiya şikayəti verib.