loading...

Ağsu və Şamaxıda meşə yanır - FOTO

02-08-2018 Baxış sayı :81

Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib.

FHN-dən Xeberci.org-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd "Mi-17” helikopteri, Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub.

Yaxınlıqdakı yüksəkgərginlikli elektrik xətləri və tikililər yanğından mühafizə olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]