loading...

Şeyximiz Gəncəyə getdi – Dindarlarla görüş

17-07-2018 Baxış sayı :81
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib.

Xeberci.org Modern.az-a istinadən xəbər verir ki, şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir.

Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və iki polis zabitinin qətlə yetirilməsi hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla görüşəcəyi bildirilir. Görüşlərdə şeyxin ictimaiyyəti, din adamlarını islam adından sui-istifadə hallarına qarşı birliyə çağıracağı gözlənilir.

Allahşükür Paşazadə, həmçinin, Gəncədəki iğtişaşlar zamanı həlak olmuş iki polis zabitinin ailəsinə baş çəkəcək.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]