вложение денег под проценты



Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________

loading...

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İsmayıllının icra başçısı necə işləyir? – Razı və narazılar...

İsmayıllının icra başçısı necə işləyir? – Razı və narazılar...

Layihəmizin növbəti “qonağ”ı İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqovdur.


Onun fəaliyyətinə İsmayıllıdan olan tanınmışlar qiymət verəcəklər. Öncə Mirdamət Sadıqovun tərcümeyi-halına nəzər salaq:


-İqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.


1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin “Maliyyə” ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirib. 


M.Sadıqov elə həmin ildə insititutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər “laborant” və “baş laborant” vəzifəsinə təyin edilib.


O, indiyədək müxtəlif vəzifələrdə çalışıb. Sadıqov 1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildə Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi”nin icraçı direktoru olub


1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib.


M.Sadıqov 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.


2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 


2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisi vəzifəsində çalışıb.


2008-ci il noyabr ayının 21-dən Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. 


M.Sadıqov prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildən İsmayıllının icba başçısıdır. 


Ailəlidir 4 övladı var.


İsmayıllıdan olan tanınmışlar Mirdaməd Sadıqovun işindən razıdırlar, yoxsa narazı?


Azərbaycanın tanınmış şairi Baba Vəziroğlu Mirdaməd Sadıqovla dost olduğunu deyib:


-Mən Bakıda qeydiyyatda olsam da həmişə özümü ismayıllılı sayıram. Sanki Bakıda olanda da mənə elə gəlir ki, İsmayıllıda yaşayıram. Tez-tez, fürsət düşdükcə ora gedirəm.


Mirdaməd müəllimlə çox- çox əvllərdən dostuq. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir icra başçısı sərt tədbirlər görəcəyi halda, o müəllimlik xüsusiyyətindən irəli gələrək başa salırki , belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. 


Çox vaxtda buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə islah etmək olar.


B.Vəziroğlu İsmayıllıdakı problemlərdən də söz açıb:


-Əvəllər insalar deyirdilər ki, bizim rayonun bəxti gətirməyib. Allah bizə Kəmaləddin Heydərovu yetirməyib ki, rayon ağ günə çıxsın. Çünki Qəbələ balaca bir kənd olanda, İsmayıllı şəhər idi və qəbələlilər İsamyıllıya paytaxt kimi baxırdılar. Ancaq baxımsızlıqdan, yiyəsizlikdən İsmayıllı bərbad vəziyyətə düşmüşdü. Çox şükür ki, İsmayıllıdan olan, ismayıllıların qədrini bilən bir insan gəldi. 


Sağ olsun ki, prezidentimiz rayonu qədir bilən bir adama tapşırdı. Mirdaməd müəllim işini çox yaxşı bilən bir icra başçısıdır. 


Yazıçı, jurnalist Mehman Cavadoğlu Mirdaməd Sadıqovun işinə belə qiymət verib:


-İsmayıllıya tez-tez getmirəm. Ancaq əlaqlərim, məlumatlarım var. Mirdaməd müəllimlə illlər öncə İsmayıllıdan olan bir ziyalı kimi görüşmüşəm. İcra başçısı olandan sonra isə heç vaxt görüşməmişəm. O gələndən sonra İsmayıllıda xeyli abadlaşma işləri gedib, yollar düzəlib. 


Eşitdiyimə görə, Mirdamət müəllim şəffaf idarəetmə sistemi ilə fəaliyyət göstərir. İnsanlarla görüşür, onların dərdlərini, qayğılarını öz dillərindən eşidir. Mümkün olan nə varsa, onları həyata keçirməyə çalışır. O, əhali ilə sıx təmas ilə işləmək xəttinə üstünlük verir. Təbii, bütün rayonlarda olduğu kimi İsmayıllıda da müəyyən problemlər var, bu problemlərin həllinin daha tez olmasını istəyərdim . Ancaq elə problemlər var ki, yerli hakimiyyət orqanlarından asılı olmur . 


ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov hesab edir ki, M.Sadıqov aktiv icra başçısıdır:


- Rayona 2-3 aydan bir gedirəm. Əsasən bayramlara və ya xeyir-şər işlərinə. Məzuniyyətimi də ailəmlə birlikdə İsmayıllıda keçirirəm. Yerli sakinlərlə görüşüb söhbət edirik, dərdləşirik. Yaşayışından razı olanlar da var, şikayət edənlər də. 


İnsanların çoxu Mirdaməd müəllimi aktiv bir insan kimi xarakterizə edir. O, tez-tez sakinlərlə və rayon ziyalıları ilə görüşlər keçirir, insanların problemlərini və təkliflərini dinləyir. Məncə, bu, çox önəmlidir. Rayon rəhbərliyinin sakinləri dinləməsi belə qarşılıqlı inam üçün güclü zəmin yaradır. Digər tərəfdən, bəzi həmyerlilərim, respublikanın digər yerlərində olduğu kimi, öz problemlərinin dərhal həllini gözləyir. Bu da baş verməyəndə narazı qalırlar. Əlbəttə, onları anlamaq olar. Hər kəs öz problemini prioritet sayır. Amma digər tərəfdən, real düşünsək, bütün problemləri qısa zaman kəsiyində həll etmək çətindir. 


Bəzi məsələlərin həlli zaman tələb edir. Rus yazıçısı Lev Tolstoy demişkən, “Gözləməyi bacaran üçün hər şey vaxtında baş verir”. 


Space TV-nin “Hər Həftə” verilişinin aparıcısı və redaktoru , tanınmış telejurnalist Ayaz Mirzəyev İsmayıllının icra başçısının işindən narazı deyil:


-Sözün açığı, rayona tez-tez getmirəm. İş elə gətirib ki, görüş, tədbir və ya müsahibə olanda ora gedirəm. Əlbəttə, çalışıram rayonda olarkən sakinlərin yaşayışı, həyat tərzi ilə yaxından maraqlanım. Hazırda rayonda şəhərdən fərqli qayğılar var. Həmişə müşahidə elədiyim və heç vaxt dəyişməyən bir məqam isə həqiqətən rayon sakinlərinin şəhərlilərdən öz zəhmətkeşliyi ilə fərqlənməsidir Mirdamət müəllimlə ötən il İsmayıllıda keçirilən tədbirdə geniş görüşüb müzakirə etmək imkanım olub. O həm savadı ,həm dünya görüşü, həm də həyat təcrübəsi ilə sözün əsl mənasında İsmayıllının ağsaqqalıdır. 


Əslən bu rayondandır və özünün də dediyi kimi bundan sonra qalan ömrünü də məhz İsmayıllının inkişafı üçün sərf edəcək.


Mən İsmayıllıdan olan jurnalist kimi onun gördüyü işləri yüksək qiymətləndirirəm. O, mənim babam Bəhyəddin Mirzəyevin yaxın dostu olub.


Jurnalist daha sonra 2 il əvvəl İsmayıllıda baş verən olayları da xatırlayıb:


- Mirdamət müəllim rayonda kifayət qədər birlik və əməkdaşlıq mühiti yarada bilib. Bu amil dövlət orqanlarının əhalinin problemləri və qayğılarının tez bir zamanda aradan qaldırılması üçün çox vacibdir. Rayonda yaşayan qohumlarımdan tez-tez soruşuram. Dediklərinə görə, icra hakimiyyəti operativ şəkildə rayon sakinlərinin qayğılarını dinləyir, onların problemlərinin həll olunması üçün əlindən gələni edir. Əlbəttə bu münasibətin bəslənilməsində, sözsüz icra başçısı yenə də həlledici rol oynayır. 


Tanınmış jurnalist Xətayi Əzizov İsmayıllının icra başçısının işindən razı olduğunu deyib: 


-Mirdaməd muüəllim, həqiqətən də işini bilən, bacarıqlı, kreativ bir rəhbərdir. Onun İsmayilli rayonuna rəhbər təyin olunmasından az vaxt keçməsinə baxmayaraq, rayonumuz simasını həqiqətən yaxşı mənada çox dəyişib. 


Bu gün İsmayıllı mədəniyyəti, incəsənəti, yaradıcı insanları, məhsul istehsalı ilə təkcə respublikada deyil, xaricdə də yaxşı tanınır. Bunu Yaponiya, Bolqarıstan və digər ölkələrin nümayəndə heyətlərinin rayona səfərlərindən də görmək olar. Bunlar hamısı Mirdaməd müəllimin qısa vaxt ərzində gördüyü işlər nəticəsində əldə olunub. 


Ona görə də qısaca olaraq demək olar ki, Mirdaməd müəllimin İsmayıllı rayonuna icra başçısı təyin olunması prezident İlham Əliyevin bölgəyə hörməti və diqqətinin təzahürüdür. Mirdaməd müəllim də bunu bilir və ona göstərilən yüksək etimadı layiqincə dogruldur.


Türkel TV-nin baş direktoru Nadir Şəfiyev də Mirdaməd Sadıqovun işinə müsbət qiymət verib.


-Mirdaməd müəllim hər bir kəslə onun dilində danışmağı bacaran insanlardandır. Birincisi, çox istəyərdim ki, vəzifə Mirdaməd müəllimi dəyişdirməsin. 


İkincisi, bir rəhbər və ağsaqqal kimi ölkəmizin və dünyanın müxtəlif bölgələrinə səpələnmiş əslən İsmayıllıdan olan ziyalıları bir araya toplamağa real cəhd göstərsin. Bu, onlar üçün mənəvi qida, rayonumuz üçün isə əlavə inkişaf imkanları verə bilər.


Üçüncü isə çox istərdim ki, rayonun, eləcə də ölkəmizin ən qədim mədəni ocaqlarından olan Lahıc və Basqal kimi qəsəbələrin abadlaşdırılması və turizm mərkəzləri kimi tanıdılması üçün müvafiq dövlət strukturları ilə birgə fəaliyyət daha səmərəli formada davam etdirilsin. Bu, daha çox Basqal qəsəbəsinə aiddir. Qəsəbəyə bu il qaz çəkilməsi planı reallaşdırılmağa başlasa da, iş yeri demək olar ki, yox səviyyəsindədir. Bu qədim sənət ocağının əhalisinin əksəriyyəti işsizlikdən qəsəbəni tərk etmək məcburiyyətində qalır. 


YUNESKO-nun mənəvi sərvəti kimi qeydiyyata alınmış Basqal kəlagayısı isə sahibsiz qalmaq təhlükəsi ilə üz-üzədir. Çox istərdim ki, bu məsələlərdə icra başçısı daha təşəbbüskar olsun.

Teqlər:
Bu xəbər cəmi 4350 dəfə oxunuldu
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda
куда инвестировать деньги в интернете