вложение денег под проценты



Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________

loading...

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Beyləqanda döyülən sayt redaktoru dövlət başçısına müraciət etdi

Beyləqanda döyülən sayt redaktoru dövlət başçısına müraciət etdi

Füzuli rayonundan məcburi köçkün olan və hazırda ailəlikcə Beyləqan rayonunda məskunlaşan “Sonolay.org” saytının baş redaktoru Ramin Məhəmmədoğlu yaşadığı rayonda ciddi təzyiqlə uzləşdiyini deyir. Jurnalistin sözlərinə görə, bütün bu təzyiqlərin kökündə onun yerli məmurlar barədə tənqidi məqalələr yazması dayanır. R. Məhəmmədoğlu Azinforum.az-a açıqlamasında bildirib ki, vəziyyət o həddə çatıb ki, öyrədilən xüsusi adamlar onu küçənin ortasında döyüb, təhqir etdikdən sonra, indi də ailəlikcə rayonu tərk etməyi tələb edirlər. Azinforum.az yazıda adları çəkilən şəxslərin də cavab haqqını tanımaq şərtilə jurnalistin rastlaşdığı vəziyyətlə bağlı ölkə başçısına ünvanladığı şikayət ərizəsini olduğu kimi təqdim edir:


“Möhtərəm Cənab Prezident!


Yazıb Sizə bildirirəm ki, eriməni qəsbkarlarının ərazilərimizi işğal etməsi nəticəsində 1993-cü ildə Füzuli rayon Qərbənd kəndindən məcburi köçkün düşərək, Beyləqan rayonunda yuxarıda qeyd etdiyim ünvanda məskunlaşıb yaşayırıq. 28 iyun 2017-ci il tarixində Beyləqan şəhər, M. Ə. Rəsulzadə küçəsində yerləşən, köhnə məişət evinin qarşısında əhalinin çox olduğu yerdə Beyləqan şəhər sakini, Beyləqan rayon Gənclər və İdman İdarəsində güləş müəllimi kimi məşqçi işləyən Fərzəliyev Kamil Yunis oğlu mənimlə rastlaşdı. Bu zaman Kamil Fərzəliyev mənə ona qarşı səhv hərəkət etdiyimi dedikdə, mən ondan nə baş verdiyini soruşdum. O isə mənə “özün yaxşı bilirsən nə səhv etmisən” – deyərək mənimlə mübahisə etməyə başladı. Kamilin mənimlə söhbətinin getdikcə daha kəskin forma aldığını görüb onunla səmimi və təmkinli olmağa çalışdım. O, mənə əsəbi halda bildirdi ki, güya mən nə vaxtsa ondan və qohumlarından kimlərinsə məlumatı əsasında cinayət xarakterli məlumatları yuxarı orqanlara yazmışam. Və onunda bu məlumatlara görə 4000(dörd)min manatdan artıq xərci çıxıb.


Mən Kamil Fərzəliyevdən bu haqqda eşitdikdən sonra onu başa salmağa çalışdım ki, mən onun və qohumlarının barəsində heç bir məlumata malik deyiləm və jurnalist fəaliyyətim zamanı da belə bir yazı yazmamışam.


Beyləqan rayonunda məşqçi müəllim işləyən Kamil Fərzəliyev isə aqressiv formada mənə bildirdi ki, onun və qohumlarının barəsində yuxarı orqanlara yazdıqlarımı mənə sübut edib, sonrada məni kisəyə qoyub Haramı düzünə aparıb orda öldürəcək. (Maraqlıdır ki, Kamil Fərzəliyev indiyə qədər kimi Haramı düzündə öldürüb basdırmışdır ki, indi də bu hərəkətləri mənə qarşı etməyə çalışır?)Mən bir daha təmkinlə Kamilə başa salmağa çalışdım ki, belə sözlər onun pedaqoq fəaliyyətinə yaraşmır. Mən Kamil Fərzəliyevlə yumuşaq ifadələrlə danışsam da, o mənə Beyləqan rayonundan çıxıb getməyimi tələb etdi, yoxsa mənim üçün yaxşı olmayacağını, məni öldürəcəyini evimi isə yandıracağını bildirdi. Mən ona “rayondan niyə çıxmalıyab ki,”- soruşduqda , o mənə “ Beyyləqan mənim rayonumdur, sən köçkünsən gedib başqa rayonda yaşamalı və ordakılardan yazmalısan”-deyərək üzərimə doğru gələrək, məni yumuruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirmişdir. Yaranmış dava zamanı məni Kamilin əlindən ətrafda və yoldan keçən adamlar aldılar. Bundan sonradan mən 102 xidmətinə zəng edərkən danışdığım yerdə mən bilmədən yenidən təpiklə mənim qarın hissəmə vurmuşdur.


Möhtərəm Cənab Prezident!


Mən 102 xidmətinə verdiyim şikayətlə bağlı Beyləqan rayon polis şöbəsinin təhqiqt bölməsinin təhqiqtçısı Həmid Həmidlinin çağrışı ilə onun xidməti otağında olarkən Kamil Fərzəliyev onun otağına basqı edərək əsəbi halda Həmid Həmidliyə “məni sən çağırmısan bura” deyərək soruşmuş Həmid Həmidli bəli mən çağırmışam, məni göstərərək “bununla niyə dalaşmısan” soruşduqda, “o səhvini bilir,ona görə də o “nakazat” olunmalıdır” oğru jarqonu ilə cavab verərək, “ya o mənim ayağımın altından öpəcək , ya da onu Beyləqan rayonundan sürgün edəcəyəm” deyərək əsəbi halda cavab vermiş, mən ona “sən kimsən axı mən sənin ayağından öpəm və sən kimsənki məni Beyləqan rayonundan sürgün edəsən” dedikdə qışqıra-qışqıra “görərərsən kiməm” deyərək üstümə atıldı, məni yumuruqla vurmağa, nalayiq söyüşlərlə söyməyə başladığı anda, təhqiqatçının otağında olan Elşən adlı polis nəfəri və təhqiqtçı Həmid Həmidli onu tutub saxlamağa,onun qanunsuz əməllərinin qarşısını almağa çalışsalar da, o, onların əlindən çıxaraq yenidən mənə hücüm etdi, bu zaman otağa daha iki polis nəfəri daxil oldu, onlar birlikdə Kamil Fərzəliyevi tutub aparmaq istəsələr də, Kamil onlara müqavimət göstərərək onların əlindən çıxmağa çalışmış, lakin onların əlindən çıxa bilməmişdir. Həmin anlar anban Beyləqan rayon Polis şöbəsinin birinci mərtəbəsində yerləşən dəhlizinə nəzarət edən kameralar vasitəsilə qeydə alınmışdır.


Kamil Fərzəliyevin heç bir səbəb olmadan mənə qarşı belə hərəkətlər etməsində bir çox şüphələrim var. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən jurnalist fəaliyyətimlə bağlı Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın qanunsuz fəaliyyətini, korrupsiyaya şərait yaradan hallar barədə tənqidi yazılar dərc etdiyimə görə və həmin məqalələrdə ehtiva olunan məsələlər bir çox aidiyyəti qurumlar tərəfindən araşdırılmış, Təhsil müdiri Xuraman Rüstəmova barəsində ölçülər götürülmüşdür. Bu üzdəndə Xuraman Rüstəmova məni məhkəməyə vermiş və sonuncu prosesdə də mənim açıq şəkildə təhdid edərək “Gör sənin başına nə oyunlar açdıracam” deyərək hədələmişdir. Hesab edirəm ki, bu şüphələrimin əsas səbəbi də Kamil Fərzəliyevin polis şöbəsində üzərimə hücüm edərkən “birinin anasından, birinin bacısından yazırsan” deməsidir. Kamil Fərzəliyevin polisin binasında belə məni açıq şəkildə təhdid etməsi və bundan dolayı mənim və ailə üzvlərimin təhlükəsizliyimizin qorunması istiqamətində Beyləqan rayon polis şöbəsi də hər hansı bir təminat vermir. Kamil Fərzəliyev hələ də məni təhdid edir, barəsində polisə etdiyim şikayətnaməni geri götürmədiyim halda məni öldürüb Haramı düzündə basdıracağını və evimi yandıracağı təhdidini davamlı olaraq edir.


Odur ki, Sizdən 28.06.2017-ci il tarixində Beyləqan rayon polis şöbəsinə etdiyim müraciətimə obyektiv və qərəzsiz hüquqi qiymət verilməsinin təmin etmək məqsədi ilə, həmin şikayətimin Təhqiqat bölməsindən alınaraq DİN-nin təhqiqat və istintaq idarəsində qiymətləndirilməsini xahiş edirəm.


Çünki, Beyləqan rayon polis şöbəsinə etdiyim şikayətimin hüquqi qiymət verilməyəcəyinə əminəm.”


Ramin Məhəmmədoğlu saytımıza bildirdi ki, etdiyi şikayətlərlə bağlı o, Bakıda bir neçə hüquq-mühafizə orqanlarının rəsmiləri tərəfindən qəbul edilib. İşin obyektiv araşdırılaraq, günahkarların cəzalandırılacağına inamı böyükdür.


 


 


 


 

Teqlər:
Bu xəbər cəmi 740 dəfə oxunuldu
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda
куда инвестировать деньги в интернете