вложение денег под проценты



Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________

loading...

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hökumətdən gözlənilməz qərar

Hökumətdən gözlənilməz qərar
Nə oldu? Hökumət dəyişməyəcəkmi? - təhlil

Sonuncu dəfə Azərbaycanda kabinet dəyişikliklərindən yazmağımızın üstündən bir neçə həftə ancaq keçər. Daha doğrusunu desək, agentliklər tez bir zamanda yeni hökumət kabineti yaradılacağını xəbərləmişdilər və biz də bu məsələni təhlil etməyə çalışmışdıq.


Amma hələki bu xüsusda elə bir yenilik yoxdur. Yeni yaranmış vitse – prezidentlik institutu köhnə kabinetlə paralel fəaliyyət göstərir. Əslində isə hökumət strukturlarında ciddi və köklü islahatlar aparılmalı idi. 


Oxucuda belə təsəvvür yarana bilər ki, biz kabinet islahatlarının səmərəsinə lazım olandan çox ümid bəsləyirik. Yox, belə deyil. Sadəcə, elə olur ki, istənilən yenilik hətta məhdud dərəcədə olsa da prosesə bir dinamizm gətirir.


Bu baxımdan hökumətin işinə də iki aspektdən yanaşmaq olar. Birincisi hökumətin ümumi fəaliyyətidir, ikincisi isə onun böhrana qarşı apardığı siyasət və gördüyü tədbirlərdir. 


Ümumi fəaliyyət hamıya bəllidir. Avtoritar idarəçilik modeli çərçivəsində nə qədər iqtisadi effekt əldə etmək mümkündürsə, o, edilib. Hərçənd, böyük çatışmazlıqlar və qüsurlar da yox deyildir. 


Çox təəssüf ki, ən böyük və ən əsas maneə hesab edilən korrupsiya və monopoliya qalmaqdadır. Bəzi məmurların məhkəmə işlərinə baxanda, daha doğrusu, orada səslənən faktlara nəzərə salanda adam dəhşətə gəlir – düşünürsən ki, əcaba, heç bu qədər də özbaşnalıq olarmı?..


Bir tərəfdən həmin məmurların hakimiyyətin özü tərəfindən cəzalandırılması ona müsbət xallar gətirir. Digər tərəfdən isə təbii sual yaranır: belə halların bir daha təkrarlanmayacağına təminat varmı?.. Elə məsələ də bundadır ki, yoxdur, çünki ölkədə sistem xarakterli islahatlara ehtiyac var, onların haqqında isə heç kim düşünmür. 


Əski iqtisadiyyat elmində bir bazis və üstqurum anlayışları vardı. Bunlardan hansının əsas faktor kimi götürüldüyü indi bir o qədər də yadımda deyil. Amma intiutiv olaraq düşünürəm ki, əsl azad iqtisadiyyat daha çevik və demokratik siyasi model tələb edərdi. 


Bu isə açığını demək lazımdır ki, kimsənin marağına cavab vermir – böyük məmur ordusu imtiyazlarını və ən əsası da böyük hakimiyyətini saxlamaqda maraqlıdır. 


Elə bu səbəbdən də bizim iqtisadiyyatımız xroniki xəstəliyi olan xəstə kimi aparmalıdır özünü və buna təəccüblənmək lazım deyil. Bəli, istəsək də, istəməsək də belədir, ən azı ona görə ki, hər bir siyasi münasibətlər məcmusu özünün istehsal və ya iqtisadi münasibətlər toplusunu yaradır. 


Ölkə iqtisadiyyatı daha çox iri neft və qaz layihələri hesabına nəfəs alır – düşünürük ki, hamıya bəlli olan bu məsələni xüsusi şəkildə xırdalamağa  ele bir ehtiyac yoxdur – necə deyərlər, görünən dağa nə bələdçi?..


Amma kabinet islahatlarını zəruri edən başqa səbəb də var. Bizim hökumətimiz bəlkə də ən qoca hökumətdir. Onun ən azı yaş baxımından yenilənməsinə ehtiyac var. 


Bunun effektinə böyük ümidlər bəsləməsək də, düşünürük ki, kabinetin cavanlaşması onun işinə kiçik də olsa, canlanma gətirə bilərdi. 


O ki qaldı böhranla bağlı məqamlara, bu məsələ də göz önündədir. Bəli, manatın total ucuzlaşması baş vermədi və bunun özü təqdirəlayiq faktdı. Gəl, manatın dollara nisbətdə məzənnəsi sabitləşsə də onun alıcılıq gücü haqda bunu demək olmur, dükan-bazarda qiymətlər od tutub yanır...


Bilirsiniz, Azərbaycan iqtisadiyyatı çox maraqlı və bir az da məzəli məsələdir. Məsələn, fermerlər deyirlər ki, məhsulumuz zay olub gedir, alan yoxdur. Amma bazarlarda meyvə-tərəvəz, necə deyər, od qiymətinə  satılır. Niyə belə olur? Səbəbi nədir? Təəssüf ki, ağlabatan bir söz deyə bilmirik. Böyük ehtimalla səbəbi ölkənin iqtisadi modelinin mərəzlərilə izah etmək lazımdır.


Düşünürsən ki, bütün bu amillər nə vaxtsa aradan qaldırılmalıdır. Amma nə vaxt? Bəlkə də bu sualın cavabını heç nazirlərin özləri də bilmirlər və yaxud da ona cavab verməyi özləri üçün izafi bir əziyyət hesab edirlər.


Özü də bu yeganə detaldırmı? Təəssüf ki, yox. Məsələn, adamın diqqətini başqa bir detal cəlb edir. Hər gün xəbər proqramlarında bütün strateji məhsullar kimi pambığın da dünya bazarındakı qiyməti deyilir və hər dəfə bu xəbərlərə qulaq asanda adamın yadına ötən il bəzi rayonlarda insanlara “ağ qızıl”ın qəpik-quruşa, su qiymətinə yığdırılması  düşür... 


Belə detallar olduqca çoxdur. Onlar bir deyil, iki deyildir. Görünür, burada məsələ ya inzibati qaydada tənzimlənməli, yaxud da biri-birilə rəqabət aparan tədarükçülər şəbəkəsi yaradılmalıdır. 


Qərəz, problemlər olduqca çoxdur və onlar sistemli, konseptual şəkildə həll edilməlidir. Di gəl, kim bunu həll edəcək? Fiziki cəhətdən qocalmış kabinet, yoxsa daha cavan kadrlar? Elə biz də bu sualın cavabını bilmək istıyirik. Cavab isə yubanır...

Teqlər:
Bu xəbər cəmi 3700 dəfə oxunuldu
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda
куда инвестировать деньги в интернете