вложение денег под проценты



Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________

loading...

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Asif Əsgərovu bitirən faktlar: İcra başçısı nın ilginc dosyesi

Asif Əsgərovu bitirən faktlar: İcra başçısı nın ilginc dosyesi
Hakimiyyətin üst düzeyində baş tutan ciddi dəyişikliklərdən narahat olan məmurlardan biri də Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovdur. Asif Əsgərov gələcək karyerası ciddi sual altında olan məmurlardandır. Buna səbəb isə onun son illər ali hakimiyyətin xoşlamadığı bir sıra neqativ işlərdə adının hallanması və ya birbaşa iştirakıdır. Hakimiyyətin ali instansiyalarının stolunun üzərində olan Asif Əsgərovun “iş qovluğu”nda yer alan neqativ məlumatların əksəriyyəti zaman-zaman ölkə mediasında tirajlanıbdı. Prezidentin məmurlara övladları ilə bağlı xəbərdarlığından nəticə çıxarmayanlardan biri də Asif Əsgərovdur Asif Əsgərov mətbuatın diqqətini ilk olaraq oğlunun “avtoş”luğuna görə “cəlb” etməyə başlayıb. Qeyd edək ki, bir neçə il öncə Asif Əsgərov Səbayel RİH-nin başçısı vəzifəsində işləyərkən oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu. Hadisə nəticəsində “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev 16 yaşlı Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi. 2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra başçısının oğlu ötən ilin noyabr ayının 12-də “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan dərhal azad edildi. «Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası aldı. Nəsimidə “yaşıl soyqrım” Asif Əsgərov 2015-ci ildə Nəsimi RİH-nə başçı təyin edildikdən sonra yeni başçının “gəlişini” ilk hiss edən rayonun florası oldu. Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllərlərdə olan ağaclar məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı. Çox da uzağa getmədən deyək ki, Nəsimi rayonunda geniş miqyasda baş verən “yaşıl soyqrım”lardan biri bu ilin mart ayının 31-də həyata keçirildi. Ola bilsin bu tarix əziz oxucularımıza 100 il bundan əvvəli xatırladır. Ancaq bu dəfə həyatına son qoyulan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərində əkdiyi ağaclar idi. Rayonun 4-cü mikrarayon ərazisində beş mərtəbəli binaların həyətyanı sahələri sökülərək binaların arasında salınmış, sakinlərin istirahət yerləri və qaraj kimi istifadə olunan tikililər dağıdıldı. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən başladılan söküntü işləri ilə bərabər, binaların arasında qalan istirahət bağındakı ağaclar kəsilərək “Kamaz”larla daşındı. Qeyd edək ki, o vaxt Nəsimi RİH-i baş verənlərə həmin ərazidə abadlıq işləri aparıldığını deyərək haqq qazandırdı. Ancaq sakinlər iddia edirlər ki, ərazi iş adamlarına satılıb və yaxın günlərdə hündürmərtəbəli binaların tikintisinə başlanacaq. Rayonda digər “agac qətliamı” ötən ilin dekabrında Hüseynbala Əliyev küçəsindəki 10 saylı binanın həyətində həyata keçirildi. Yenə də sakinlərin etirazına məhəl qoymayan İH-nin işçiləri günün günorta çağı ağacları dibindən kəsdirib kökünü torpaqladılar. Etiraz edən sakinlərə isə ərazidə uşaq bağçasının tikiləcəyini bildirdilər. Ancaq sakinlər İH-nin işçilərinin sözlərinə inanmayaraq ərazidə başça yox, başqa obyektin tikiləcəyini deyirlər. İcra başçısının professorla “yüzminlik qovğası” Asif Əsgərovun qol qoyduğu ən böyük skandallardan biri isə 2015-ci ilin payızında baş verdi. Belə ki, o zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevə məxsus (Nəsimi rayonu, Vaqif prospekti), yaşayış binasının tikintisinə hazırlıq üçün çəkilən hasar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküldü. Rafiq Əliyev isə baş verənlərlə bağlı mətbuata çıxaraq bildirdi ki, tikinti üçün tələb olunan bütün lazımi sənədlər hazır olduqdan sonra 21 sentyabr 2015-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısının ünvanına rəsmi məktub ünvanlayıblar: “Həmin məktubda tikintiyə hazırlıq məqsədilə ərazinin qəbul olunmuş normalara əsasən hasara alınacağı barədə məlumat verilib. Sözügedən qurum məsələ ilə bağlı heç bir irad və etiraz bildirməyib, müraciətə yazılı cavab verməyib. Lakin bir neçə gündən – daha dəqiq desək, oktyabrın 18-də hasarlanma başa çatdıqdan sonra Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları əraziyə gələrək hasarın çəkilməsinə etiraz edərək, 4 gün ərzində quraşdırılması başa çatmış hasarın söküləcəyini bildirib, Mənzil-Təsərrüfat İdarəsinin işçilərini və İcra Hakimiyyətinin strukturunda işləmələri haqda heç bir sənədi olmayan 20 nəfərədək “qoçu”nu həmin sahəyə göndərib. Onlardan heç birində rayon Təsərrüfat İdarəsinin işçisi olması haqda vəsiqələrinin olmadığı aşkarlanıb. Bir neçə günə hasarın Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküləcəyi bildirilib. Bu gün isə əraziyə xüsusi briqada ilə gələn Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri hasarın dərhal sökülməsi üçün şifahi tapşırıq veriblər. Hadisə yerində olan əməkdaşımız göstərişləri verən şəxsə yaxınlaşaraq hasarın sökülməsi qərarının olduğu sənədi göstərməsini xahiş edib. Lakin həmin şəxs İcra Hakimiyyətinin əməkdaşı deyil, yoldan keçən vətəndaş olduğunu deyib. Hasarı sökmək üçün gələn briqadanın üzvləri üçün tapşırığı həmin şəxsdən aldıqlarını və Teyyub adlı həmin şəxsin rəisləri olduğunu deyiblər”. Rafiq Əliyev Nəsimi rayon İcra Hakimiyyətinin bu hərəkətinin qanunsuz olduğunu, hasarı sökməklə bağlı əllərində heç bir yazılı sənədin olmadığını deyərək, baş verənləri məmur özbaşınalığı adlandırmışdı. Ancaq sonradan virtualaz.org saytına müsahibə verən sabiq komitə sədri söhbətində Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərovun ondan 300 min manat rüşvət istədiyini qeyd etmişdi. R.Əliyevin sözlərinə görə, həmin məbləğ ondan şəxsən icra başçısının adından tələb olunub, əks halda tikintiyə icazə verilməyəcəyi bildirilib. Qeyd edək ki, söhbət Nəsimi rayonu, Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasından gedirdi. Unutmayaq ki, 1 sotda tikinti aparılması üçün 300 min manat tələb olunan rayonun ərazisində minlərlə sot torpaq var… Asif Əsgərovla professor Rafiq Əliyev arasında yaranan bu qalmaqalda ilginc bir detal var idi. Belə ki, Rafiq Əliyevə məxsus ərazinin hasarlarını sökməyə gələn 20-ə yaxın şəxsin heç birində rayon Təsərrüfat İdarəsinin işçisi olması haqda vəsiqələrinin olmadığı aşkarlanmışdı. O zaman sual olunur, bəs kim idi bu şəxslər? Darıxmayın, indi aşağıdakı yazıları oxuyanda Rafiq Əliyevin “qoçu” adlandırdığı bu şəxslərin kimliyi barədə mlumatınız olacaq. Asif Əsgərovun cüdoçuları Öncə onu xatırladaq ki, 1966-cı il təvəllüdlü Asif Əsgərov 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından məzun olmamışdan əvvəl, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. Bu ilin fevral ayının 2-də Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş Şuranın geniş iclası keçirildi. Həmin iclasda Asif Əsgərov rayonda görülən işlərdən daha çox iclasda iştirak edən cüdoçulara görə mətbuatın diqqətinə gəldi. Keçirdiyi toplantıda Nəsimi rayonunun problemlərini müzakirə etmək, onlardan çıxış yolu axtarmaq əvəzinə Asif Əsgərov Olimpiadada mükafat qazanmış idmançıların hesabına özünü reklam etməyə çalışması haqlı narazılığa səbəb oldu. Mediada bu mövzuya geniş yer verilsə də, Nəsimi RİH-i məsələyə münasibət bildirmədi.(qlobal.az)

Teqlər:
Bu xəbər cəmi 2425 dəfə oxunuldu
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda
куда инвестировать деньги в интернете