вложение денег под проценты



Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________

loading...

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında – GİZLİ MƏQAMLAR + FOTOLAR

İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında – GİZLİ MƏQAMLAR + FOTOLAR


Ötən ilin sonlarında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin qardaşı oğlunun  həbs olunması haqda mediada xəbər yayılmışdı. Bu barədə vəkil Adəm Məmmədov özünün facebook səhifəsində yazaraq bildirmişdi ki, Yalçın Abdullayev dələduzluq ittihamı ilə həbs edilib.

Həmin məlumatı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Sentyabr ayında hüquqlarını müdafiə etdiyim M.Saitqızı, Əziz Əliyev, Əyyub Hüseynov və digər şəxsləri aldadaraq, iki milyonluq əmlakların ələ keçirilməsi faktı barədə açıqlama vermişdim. Hazırda həmin fırıldaqçı qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım.

Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə “dostluğa” çevrilən yoldaşlıq münasibəti qurur. 2013-cü ilin əvvəllərində Rauf Kərimovdan 300 min ABŞ dolları məbləğində nisyə avtomobillər götürür. Rauf Kərimov artıq dostluq münasibətlərinin yarandığına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən “Kral Mebel”i səmərili şərtlərlə uzun müddətə icarəyə verir. Təsadüf elə gətirir ki, Rauf Kərimov kredit götürdüyü bankla yaranmış problemi ilə əlaqədar həmin dövrdə həbs edilir. Bundan istifadə edən Yalçın Abdullayev, el dili ilə desək, faiz “şotçikini” işə salıb və müxtəlif formada təhdidlər edərək, sonda 2 milyon 880 min ABŞ dollarlıq daşınmaz əmlakları ələ keçirir”.

Vəkilin sözlərinə görə, təxminən 2 ay bundan qabaq digər epizodlarla əlaqədar məsələ qaldırdıqdan sonra Yalçın Abdullayevin əmisi oğlu Yunis Abdullayev də Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən dələduzluq maddəsi ilə həbs olunub.

Bu xəbər yayıldıqdan sonra Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlanları – Yunis Abdullayevin həbs olunması, Yalçın Abdullayevin isə dələduzluqda ittiham edilərək barəsində cinayət işi açılması xəbərinə qarşı tərəfdən də reaksiya göstərilmişdi. Belə ki, o zaman Yalçın Abdullayev “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, bu işdə əslində zərərçəkən onun özüdür: “Yazılıb ki, guya mən istintaq altındayam, bu da mən, canlı olaraq burdayam. Mənim haqqımda heç bir cinayət işi yoxdur, heç kimin də haqqını yeməmişəm. Yunis Abdullayev mənim əmimoğludur, onun bu işlərə heç bir aidiyyəti yoxdur. Özü də həbs olunmayıb, hazırda evindədir. Əmim Vaqif Abdullayevin mənə nə aidiyyəti var? 25 ildir bizneslə məşğulam, bu illər ərzində cəmi bir VÖEN-im olub. Əslində, hadisə belə olub. 2014-cü ildə Xəyyam Balayevlə iş qurmaq üçün bankdan 965 min dollar kredit götürüb, ona vermişəm. O da xalası oğlu Eyyub Hüseynovun və qardaşı İlqarın şirkətini işlədərək onlara faiz verib. Bir müddət sonra öyrəndim ki, Xəyyam dələduzdur, verdiyim pulu tələb etdim, o da aprelin 30-na kimi məndən vaxt istədi. Sonra təklif etdi ki, xalasıoğlu Eyyubun, onun sevgilisi Mahirənin və tanışı Əziz Əliyevin əmlaklarını mənə olan borcu müqabilində adıma keçirsinlər, razılaşdım. Bu adamların hər birinə zəng edib soruşdum ki, Xəyyam belə bir fikir deyib. Onlar da dedilər ki, biz də razıyıq, “Xəyyama hər şey qurbandı”. Bundan sonra hər biri notariusa gələrək, imza atdılar və 410 min dollar dəyərində mənzilləri mənə verdilər. Mahirə isə 300 min dollar nağd verməyi öz öhdəsinə götürdü, sonra isə pulu ödəmədən ölkədən qaçdı. Hazırda “İnterpol” xətti ilə axtarışdadır, onun barəsində cinayət işi açılıb və Nərimanov Rayon Polis İdarəsində bununla bağlı istintaq aparılır. Sonradan bəlli oldu ki, pulları ölkədən çıxarıb Dubaya köçürüblər. Hazırda onların mənə 550 min dollar borcu var. Borcun etirafına dair də müqavilə imzalayıblar. Bizlə işlədiyi dövrdə Xəyyamın Mahirə ilə davamlı olaraq ölkəni tərk etdikləri, yəni Dubaya, Türkiyəyə səfər etmələri Dövlət Sərhəd Xidməti tərəfindən təsdiqlənib”.

Y.Abdullayev “MTN qruplaşması”nın qurbanı olduğunu, Mahirə Süleymanovanın sifarişi ilə Anti-terror Mərkəzinin keçmiş rəisi Elçin Quliyev tərəfindən təhdid olunduğunu deyib: “Mahirə Elçinlə əlbir olmuşdu. 2015-cü ilin oktyabrın 8-də məni MTN-ə aparıb 11 saat saxladılar. “İŞİD”çisən, təriqət üzvüsən deyərək təhdid edib, tələblər irəli sürdülər. Elçin Quliyev məndən tələb etdi ki, Mahirənin borc müqabilində mənə verdiyi 2 mənzili və maşını geri qaytarım. Mən evlərin sənədlərini Mahirənin özünə verdim, Elçin Quliyevin şifahi göstərişi əsasında maşını Binəqədi rayon məhkəməsinin icraçısı Səbuhiyə təhvil verdim. Orada rəhmətlik İlqar Əliyev mənə dedi ki, Mahirə Elçinə yaxın adamdır. Mən Elçin Quliyevə qarşı açılan cinayət işində də zərərçəkmiş şəxs kimi tanınmışam. Hazırda Baş Prokurorluqda araşdırma aparılır”.

İş adamı Yalçın Abdullayev “Kral Mebel”lə bağlı epizod üzrə olan iddiaya da aydınlıq gətirib: “Həmin mağazanı Rauf Kərimov mənə müqavilə əsasında icarəyə verib, hər ay da pulunu ödəmişik, qəbzlərimiz da var. Biz həmin mağazanı işlədəndə Adəm Məmmədov mənim vəkilim olub. İndi isə qarşı tərəfin vəkilidir. O mağaza da sonradan Rauf Kərimov tərəfindən başqa bir holdinqə satıldı. Avtomobillər məsələsi isə yazılanın tamam başqa cür olub. Biz Raufdan yox, Rauf bizdən 300 minlik maşın götürüb, pulunu hələ də ödəməyib. Bizə atılan böhtanla, guya, həbs olunmağımızla və vəzifəli şəxslərin adından Adəm Məmmədovun yaydığı məlumatla bağlı hüquq çərçivəsində addım atacağıq”. Y.Abdullayev mənzillərin alqı-satqısı və borcun etirafına dair müqavilələri təqdim edib.

Üzərindən aylar keçən bu olaya yenidən qayıtmağımıza səbəb etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumatlarla bağlıdır. Belə ki, bizi bilgiləndirən mənbənin iddiasına görə icra başçısının qardaşı oğlunun hansısa yolla azadlığa çıxarılmasına hazırlıq görülür. Bu isə prosesdə zərərçəkən tərəfləri ciddi narahat edir…

Mövzunu diqqətdə saxlayacağıq.








Teqlər:
Bu xəbər cəmi 2625 dəfə oxunuldu
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda
куда инвестировать деньги в интернете