loading...

Rusiya 3 ərazidə hərbi hazırlığa başladı

27-09-2017 Baxış sayı :194
Rusiya 3 ərazidə hərbi hazırlığa başladıRusiya ordusu Novosibirsk, Buryatiya və Qaraçay-Çərkəz Respublikasında hərbi təlimlər keçirir.

Axar.az xəbər verir ki, təlimlərə Rusiya ordusunun minlərlə şəxsi heyəti və hərbi texnikası cəlb olunub.

"Novosibirsk”

Novosibirsk əyalətində strateji təyinatlı raket qüvvələrinin komanda-qərargah təlimlərinə start verilib. Təlimlərə 4 mindən artıq hərbi qulluqçu və 400 hərbi texnika cəlb olunub. Burada raket qüvvələrinin daimi yerləşmə mövqelərində qərarlaşma, diversiya və hava hücumun qarşısının alınması üçün cavab zərbəsi endirmək məşq edilir.

"Buryatiya”

Buryatiyada keçirilən təlimlərdə Şərq Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji mühafizə mütəxəsssisləri S-300 zenit raket kompleksinin şərti düşmən qüvvələri üçün görünməz şəkildə irəliləməsini təmin etməyə çalışırlar. Təlimlərdə 500 şəxsi heyət, 100 avtomobil və xüsusi texnika iştirak edir.

Qeyd edək ki, hərbi qulluqçular tərəfindən RXM-6 kəşfiyyat-kimya maşınlarının köməyi ilə torpaq, su, havadan götürülən nümunələrdə zəhərli maddələrin varlığı, TMS-65U termal maşınları vasitəsilə isə xüsusi silah və hərbi texnikaların işlənməsi yoxlanılacaq.

"Dostluq-2017”

Dostluq-2017 təlimlərində Cənub Hərbi Dairəsinin şəxsi heyəti Pakistandan olan həmkarlarını silah, optik müşahidə və kəşfiyyat qurğuları, təchizatları ilə tanış edib. Təlimlərdə iki ölkənin hərbi qulluqçuları dağlıq şəraitdə şərti döyüş əməliyyatları apararılması, xüsusən qanunsuz silahlı birləşmələrin məhv edilməsinə dair döyüş-təlim vəzifələrini yerinə yetirərməklə bağlı əməkdaşlıq edirlər.

Rusiya ordusunun regiondakı canfəşanlığı qonşu ölkələrin və NATO-nun ciddi narahatlığına səbəb olur. Bir qədər əvvəl yekunlaşan Qərb-2017 təlimləri Qərbdə Rusiyanın yeni müharibəyə hazırlaşması kimi qəbul olunub.